Çempionalar Liqasının 1/8 finalının ən yaxşı oyunçusunun adı açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, bu ada "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Brüyne layiq görülüb. "Real"la matçda (2:1) 1 qol və 1 assistlə yadda qalan belçikalı futbolçu Serj Qnabri ("Bavariya"), Serxio Buskets ("Barselona") və Ussem Auarı ("Lion") geridə qoyub.