"Mançester Yunayted" 2013-cü ildən sonra ilk dəfə avrokuboklarda 5 və daha çox qol fərqi ilə qələbə qazanmağı bacarıb. FutbolPlanet.Az xəbər verir ki, ingilis klubu Avropa Liqasının 1/16 final mərhələsinin "Brügge" ilə cavab matçında buna nail olub. Rəqibini 5:0 hesabı ilə darmadağın edən Mançester təmsilçisi 7 ilik həsrətə son qoyub. Komanda son dəfə 2013-cü ildə Çempionlar Liqasının qrup mərhələsində "Bayer Leverkuzen"lə matçda eyni hesabla qalib gəlmişdi.