"Çelsi"nin baş məşqçisi Frenk Lempard klubda dəyişikliklər etməyə hazırlaşır. FutbolPlanet.Az xəbər verir ki, gənc mütəxəssis bir neçə oyunçu ilə yolların ayrılmasının tərəfdarıdır. Bu siyahıya Jorjinyo, Ross Barkli, Kepa Arrisabalaqa, Kurt Zuma, Villian, Pedro Rodriqes, Markos Alonso, Emerson, Mişi Batşuayi və Olivye Jiru daxildir. Klub rəhbərliyi yeni futbolçuların alınması üçün böyük büdcə ayıracaq.