Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. FutbolPlanet.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbir Bakı vaxtı ilə saat 16:00-da başlanıb.

 

“Başakşəhər” (Türkiyə) - “Kopenhagen” (Danimarka)

“Olimpiakos” (Yunanıstan) - “Vulverhempton” (İngiltərə)

“Reyncers” (Şotlandiya) - “Bayer” (Almaniya)

“Volfsburq” (Almaniya) - “Şaxtyor” (Ukrayna)

“İnter” (İtaliya) - “Xetafe” (İspaniya)

“Sevilya” (İspaniya) - “Roma” (İtaliya)

“Zalsburq” (Avstriya) / “Ayntraxt” (Almaniya) cütünün qalibi - “Bazel” (İsveçrə)

LASK (Avstriya) - “Mançester Yunayted” (İngiltərə)

 

Bu mərhələnin ilk oyunları martın 12-də, cavab görüşləri martın 19-da baş tutacaq.