"Barselona" bəd xəbər alıb. FutbolPlanet.Az xəbər verir ki, yay transfer dönəmində 25 milyon avroya "Valensiya"dan alınan braziliyalı qapıçı Neto sıradan çıxıb. "Napoli" ilə oyundan əvvəl keçirilən məşqdə sol əlindən xəsarət alan qolkiper əməliyyat olunacaq. O, ən azı 1 ay futboldan kənar qalmalıdır.