"İnter"də oynayan İvan Perişiç "Bavariya"ya keçir. FutbolPlanet.Az xəbər verir ki, xorvat oyunçu növbəti mövsümü icarə əsasında Münhen klubunda keçirəcək. Bu keçid alman klubuna 5 milyon avroya başa gəlib. "Bavariya" mövsümün sonunda 20 milyon avro ödəyib, onu birdəfəlik ala bilər.