PSJ-nin baş məşqçisi Tomas Tuhel komandadan ayrılması gündəmdə olan Neymardan danışıb. FutbolPlanet.Az xəbər verir ki, Paris klubunun çalışdırıcısı məsələdən xəbərsiz olduğunu deyib: "Neymarın gələcəyi ilə bağlı yeni məlumatım yoxdur. Əgər onu itirsək, yata bilmərəm. Neymarın etdiklərini təkrarlaya biləcək oyunçu tapmaq çətindir".