Böyük futbol yenidən Qubaya qayıdıb. FutbolPlanet.Az-ın eksklüziv xəbərinə görə, "Şahdağ Quba" fəaliyyətə başlayıb. Komanda ilk mövsümdə "Region Liqası"nda mübarizə aparacaq. Hazırda baş məşqçi axtarışlarını davam etdirən şimal təmsilçisi transfer çalışmalarına da ara vermir. Bölgə klubunun sponsorlarına gəlincə, tezliklə bu barədə rəsmi açıqlama veriləcək. Komandanın rəhbəri Xanbaba Daşdı bu barədə belə danışıb: "Yeni klub, böyük hədəflər, həyəcan dolu Quba marafonu. Bu gündən tarixi futbol ənənələri olan Qubanın, adı qədim, özü yeni olan futbol klubu, "Şahdağ Quba" fəaliyyətə başlayır. Yaxın vaxtlarda sponsorların kimliyi, klubun planları və gələcək işlər barədə ətraflı məlumat verəcəyəm. Bu mövsüm "Region Liqası"nda iştirak edəcəyik".