2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasında oynanılacaq top təqdim olunub. FutbolPlanet.Az xəbər verir ki, təqdimetmə Premyer Liqanın 2019/2020 mövsümünün püşkatmasında həyata keçirilib. Premyer Liqamızın matçlarında "Nike" şirkətinin istehsalı olan toplardan istifadə ediləcək və hər kluba 100 ədəd veriləcək.

2019-2020 mövsümü avqustun 16-da başlayacaq.