"Mançester Yunayted" "Lester"də oynayan Harri Maquayrın keçidini rəsmiləşdirib. FutbolPlanet.Az xəbər verir ki, "qırmızı şeytanlar" bu keçid üçün 87 milyon avrosundan keçib. Tərəflər arasında 6 illik müqavilə imzalanıb. Bununla da Maquayr dünyanın ən bahalı müdafiəçisi kimi tarixə düşüb. Bunadək rekord "Liverpul"un müdafiəçisi Vircil van Deykə məxsus idi. Mersisaydlılar hollandiyalı futbolçunu 2018-ci ildə "Southempton"dan 82 milyon avroya heyətə qatıb.