"Qəbələ" 50 min manat məbləğində cərimələnəcək. FutbolPlanet.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. Buna səbəb, klubun əvəzedici komandasının 2019/20 mövsümündə I divizionda iştirakdan imtina etməsidir. PFL rəhbəri bildirib ki, hər bir kluba əvəzedici komandanın I divizionda iştirakı üçün 100 min manat veriləcək.