Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün növbəti son yoxlama oyununu keçirəcək. FutbolPlanet.Az xəbər verir ki, paytaxt klubu Türkiyə Super Liqa təmsilçisi "Gənclərbirliyi" ilə görüşəcək. "Gənclərbirliyi" İlhan Cavcav bazasında keçiriləcək matç saat 18:00-da başlanacaq.

"Sabah" daha öncə "Konkordiya"ya (Rumıniya - 1:2) uduzub, "Kəmərspor" (Türkiyə - 2:1) və “Əl-Şəhaniyə”yə (Qətər – 3:2) qalib gəlib.