"Barselona"nın vitse-prezidenti Xordi Kardoner Neymar transferi ilə bağlı xəbərlərə münasibət bildirib. FutbolPlanet.Az xəbər verir ki, o, yayılan informasiyanı təkzib edib: "Klubumuzun prezidentinin söylədiyi kimi, Neymarın keçidi bu gün müzakirə olunmur. Hər şey çətindir. Biz sadəcə, kənardan müşahidə edirik. Bilirik ki, o, Parisdə xoşbəxtdir. Biz Neymarla bağlı danışmamışıq. Əgər Neymarın namizədliyi məsələsi gündəmə gəlsə, biz bunu müzakirə edəcəyik. İndi isə belə bir şey yoxdur".