"Bney Yehuda"nın baş məşqçisi Yossi Abukasis Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçirəcəkləri oyunlardan danışıb. FutbolPlanet.Az xəbər verir ki, 48 yaşlı çalışdırıcı "Neftçi"nin "Arsenal"la ev görüşünü stadionda izlədiyini bildirib: "Rəqibimiz çox keyfiyyətli legionerlərə sahib olan komandadır. "Neftçi"yə qarşı mübarizə aparmaq çətin olacaq. Qazanan tərəf olmaq üçün əlimizdən gələni edəcəyik".