Bu gün futbol üzrə ölkə çempionatında yeni mövsümün püşkü atılıb. FutbolPlanet.Az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən tədbir saat 15:00-da başlanıb. Ötən mövsüm olduğu kimi, bu mövsüm də Premyer Liqada 8 klub mübarizə aparacaq. İlk turda bu komandalar üz-üzə gələcək.: 

"Neftçi" - "Sabah"

"Səbail" - "Zirə"

"Qəbələ" - "Sumqayıt"

"Keşlə" - "Qarabağ"

Yeni mövsümə avqustun 16-da başlanacaq.