Hazırda Çinin "Çjeçzyan Qrintaun" klubunda oynayan sabiq "Qarabağ"lı Dino Ndlovu maraqlı açıqlamalar verib. FutbolPlanet.Az xəbər verir ki, cənubi afrikalı hücumçu APOEL - "Qarabağ" duellərində şansları bərabər görür: "Hər iki komandanın hazırkı durumu barədə dəqiq məlumatım yoxdu. Klubların mərhələ adlamaq şanslarını yarı-yarıya görürəm. Maraqla gözlənilən iki böyük oyun olacaq. Çempionlar Liqasının qrupunda oynamaq istəyən hər iki komanda "pley-off"a yüksəlmək istəyir. "Qarabağ"la Çempionlar Liqasının qrupunda iştirak etmişəm. Əminəm ki, onlar yenidən eyni sevinci yaşamaq istəyirlər. "Qarabağ"ın azarkeşləri əsl fanatdır və onların komandaya böyük köməyi dəyir".