"Real"ın Pol Poqbanı transfer etmək cəhdləri yenə uğursuz alınıb. FutbolPlanet.Az xəbər verir ki, "kral klubu" istəyini reallaşdırmaq üçün "Mançester Yunayted"ə 30 milyon avro və Xames Rodrigesi təklif etsə də, ingilis klubundan rədd cavabı alıb. "Qırmızı şeytanlar" fransız futbolçusu üçün ispan nəhəngindən 160 milyon avro tələb edir.