Bu gün Çempionlar Liqası və Avropa Liqasında "pley-off"un püşkü atılıb. FutbolPlanet.Az xəbər verir ki, püşkdə həm "Qarabağ"ın, həm də "Neftçi"nin potenial rəqibləri müəyyənləşib.

Səpələnməmişlər səbətində yer alan APOEL - "Qarabağ" cütlüyünün qalibinin rəqibi PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) cütünün qalibi olacaq. Beləliklə, çempionumuz Kipr klubunu məğlub edə bilsə, "pley-off"da böyük ehtimalla "Ayaks"la üz-üzə gələcək. Əgər ehtimallarımız özünü doğrultsa, "pley-off"un ilk oyunu Bakıda olacaq.

Bu cütün məğlubu isə Avropa Liqasının "pley-off"una çıxacaq və burada "Sutyeska" (Çernoqoriya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə görüşəcək. İlk oyun səfərdə keçiriləcək.

 

"Neftçi" isə İsrailin "Bney Yehuda" klubunu keçə bilsə, "pley-off"da  "Malmö" (İsveç) - "Jrinski" (Bosniya və Qerseqovina) cütünün qalibi ilə görüşəcək. İlk oyun səfər meydançasında baş tutacaq.