"Mançester Yunayted"in kapitanı Eşli Yanq Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona" ilə cavab matçından (0:3) sonra ingilis azarkeşlər tərəfindən "Tvitter"də irqçi söyüşlərə məruz qalıb. FutbolPlanet.Az xəbər verir ki, ingilis klubunun tərəfdarları onu "meymun" adlandırıblar. Azarkeşlərdən biri isə onun haqda "lənətə gəlmiş zənci" yazıb. Hadisə ilə bağlı müvafiq qurumlar qaradərili oyunçulara qarşı ayrı-seçkiliyin dayandırılması üçün "Tvitter" rəhbərliyini ciddi tədbirlər görməyə çağırıb.