Kristiano Ronaldonun anası Dolores Aveyru Çempionlar Liqasının 1/4 final mərhələsinin "Ayaks"la cavab oyunundan (1:2) sonra oğlu ilə arasındakı söhbəti mətbuata açıqlayıb. FutbolPlanet.Az xəbər verir ki, Aveyru oğlunun üzüldüyünü deyib: "Ronaldo kədərli idi. O, "Yuventus"la yarımfinala çıxmağı çox istəyirdi. Oyundan sonra dedi ki, ana, mən möcüzə yaratmağa qadir deyiləm. Çempionatda işlərimiz yaxşı gedir. Çempionlar Liqasında bir qədər bəxtimiz gətirmədi. Amma nə etmək olar, həyat davam edir".