"Ayntraxt" "Benfika"dan icarəyə götürdüyü Luka Yoviçi birdəfəlik transfer edib. FutbolPlanet.Az xəbər verir ki, alman klubu serbiyalı hücumçu üçün 12 milyon avrosundan keçib. Tərəflər arasında 2022/2023 mövsümünün sonunadək müqavilə imzalanıb. Cari mövsüm Bundesliqada keçirdiyi 27 matçda 17 qol vuran 21 yaşlı futbolçu 6 məhsuldar ötürmə ilə də yadda qalıb.