"Barselona" Matteys de Lixtin transferi üçün "Ayaks"la razılıq əldə etmək üzrədir. FutbolPlanet.Az xəbər verir ki, "Yuventus" və "Bavariya"nın da hədəfində olan kapitan "Barsa"da oynamaq arzusundadır. Böyük ehtimalla, 19 yaşlı futbolçu növbəti mövsümdən ispan nəhənginin uğurları üçün çalışacaq.