Bir neçə gün öncə Moskvada amerikalı turistin burnunu qırdığı üçün "Spartak"ın əvəzedici heyətinə göndərilən Ayaz Quliyev yenidən əsas komandaya qaytarılıb. FutbolPlanet.Az xəbər verir ki, 22 yaşlı oyunçu komandadan üzr istədikdən sonra bağışlanıb. Sözügedən yarımmüdafiəçi vəkilin iştirakı ilə zərəçəkmişlə müqavilə də bağlayıb. Ayaz artıq əsas komanda ilə məşqlərə başlayıb.

Hadisəyə görə klubu tərəfindən 77 min dollar məbləğinda cərimələnən Ayaz amerikalı turistə də 2500 dollar təzminat ödəyib.