UEFA AVRO-2020-nin talismanını təqdim edib. FutbolPlanet.Az xəbər verir ki, Avropa çempionatının maskotu “Skilzi” adlanır. Yeni talisman futbol fristaylçısı keyfiyyətlərinə malikdir. Hollandiya – Almaniya matçından öncə təşkil olunan təqdimat mərasimində fristayl ustaları Liv Kuk və Tobias Beks iştirak ediblər. Onlar "Skilzi" ilə birlikdə müxtəlif tryuklar göstəriblər.

Xatırladaq ki, AVRO-2020-nin final mərhələsinin oyunları Avropanın 12 şəhərində keçiriləcək. Turnirin 4 matçı Bakıda baş tutacaq.