Milli Futbol Liqasında keçirilən oyun zamanı "Qəbələ"nin futbolçusu Rauf Əliyevin qardaşı Ramin Əliyev hakim Nahid Xasıyevin qərarına sərt şəkildə etiraz edərək, onu vurmuşdu. Bu barədə sosial şəbəkədəki rəsmi səhifələrimiz vasitəsi ilə sizləri məlumatlandırmışdıq. Artıq məsələ ilə bağlı yeni xəbər var. Belə ki, FutbolPlanet.Az-ın əldə etdiyi özəl məlumata görə, gənc referi Əliyevi bağışlayıb. Xasıyev müvafiq orqanlara müraciət edərək, qarşı tərəfdən şikayətçi olmadığını və Ramin Əliyevi körpəsinə görə bağışladığını bildirib.