"Mançester Yunayted"də çıxış edən Markus Raşford "Barselona"nın maraq dairəsindədir. FutbolPlanet.Az xəbər verir ki, Kataloniya klubu ingilis oyunçu üçün 100 milyon avro ödəməyə hazırdır. Lakin 21 yaşlı hücumçu “qırmızı şeytanlar”da qalmaq istəyir. Deyilənə görə, tərəflər arasında müqavilə daha 6 il uzadılacaq.