"Yuventus"la oyunda vurulan qol zamanı qalmaqallı hərəkəti ilə gündəmə gələn "Atletiko"nun baş məşqçisi Dieqo Simeone bu barədə açıqlama verib. FutbolPlanet.Az xəbər verir ki, argentinalı mütəxəssis bunları deyib: "O jesti rəqibə ünvanlamamışdım. Belə bir hərəkəti futbol oynadığım zaman “Latsio” – “Bolonya” görüşündə də etmişdim. Bunu təkrarlamaqda məqsədim azarkeşlərimizə yumurtalarımızın olduğunu göstərmək idi. Sadəcə, azarkeşlərimizə bir müraciətim idi. Bilirəm ki, bu jesti müsbət adlandırmaq olmaz, ancaq belə etməli olduğumu düşündüm".