"Liverpul"un aparıcı üzvü Sadio Manenin evi qarət olunub. FutbolPlanet.Az xəbər verir ki, bu barədə Mersesayd polisi məlumat yayıb. Hadisə "Liverpul" - "Bayern" matçı zamanı baş verib. Evə daxil olan quldurlar mobil telefonlar, saat, maşın açarları və digər şeylər oğurlayıblar.

Manenin evi 2017-ci ildə "Liverpul" - "Maribor" oyunu vaxtı da soyulmuşdu.