Neymar zədəsinin müalicəsi üçün Braziliyaya gedəcək. FutbolPlanet.Az xəbər verir ki, PSJ-nin aparıcı üzvü vətənində 10 günlük xüsusi müalicə kursu keçəcək. Yanvarda Fransa kubokunun 1/16 finalında "Strasburq"la matçın (2:0) 62-ci dəqiqəsində ayağından zədə alan futbolçunun martın sonunadək oynamayacağı gözlənilir.