Aleks de Souza yenidən "Fənərbaxça"ya qayıda bilər. FutbolPlanet.Az xəbər verir ki, İstanbul təmsilçisinin əfsanəvi futbolçusu idman direktoru vəzifəsində çalışa bilər. Keçən həftə komandanın prezidenti Ali Koçun dəvəti ilə İstanbula gələn veteran oyunçuya idman direktorluğu vəzifəsi təklif olunub. O, ailəsi ilə məsləhətləşdikdən sonra yekun qərarını verəcək.