Topaz Premyer Liqasının 17-ci turunun rəmzi komandası bəllidir. FutbolPlanet.Az xəbər verir ki, PFL "InStat" şirkətinin təhlilinə əsasən "11-liy"i müəyyənləşdirib:

Qapıçı: Səlahət Ağayev (“Neftçi”) - 9

Müdafiəçilər: Azər Salahlı (“Keşlə”) - 2, Voislav Stankoviç (“Qəbələ”) - 4, Jarjue Maudo (“Səbail”), Cabir Əmirli (“Keşlə”)

Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”) - 5, Riçard Almeyda (“Qarabağ”) - 2, Nikola Mitroviç (“Keşlə”), Evangelos Platellas (“Neftçi”)

Hücumçular: Canluka Sansone (“Neftçi”), Amil Yunanov (“Keşlə”).

Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.