"Yuventus"un aparıcı üzvü Kristiano Ronaldo Çempionlar Liqasının 1/8 finalında "Atletiko"ya 0:2 hesabı ilə uduzduqları səfər matçından sonra Madrid klubuna söz atıb. FutbolPlanet.Az xəbər verir ki, bir nəfər ona "vergi ödə" deyə səslənib. Portuqaliyalı ulduzun cavabı isə belə olub: "Mən Çempionlar Liqasını beş dəfə qazanmışam, "Atletiko" isə sıfır dəfə, revanş matçında görüşərik".