Dünyanın ən güclü 1000 məşqçisinin növbəti reytinq siyahısı açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, siyahıda "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun da adı var. Aktivində 1073 xalı olan çalışdırıcı 502-ci pillədəki mövqeyini qoruyub. O, Kike Sançes Flores, Xoakin Kaparros, Filippo İnzagi və Roberto Donadoni kimi tanınmış simaları qabaqlayır.