Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən "Liverpul" - "Bavariya"oyunundan (0:0) sonra baş məşqçilər arasında anlaşılmazlıq olub. FutbolPlanet.Az xəbər verir ki, ingilis klubunun çalışdırıcısı Yurgen Klopp qarşılaşmadan sonra ilk olaraq rəqib futbolçu Frank Riberi, daha sonra "Bavariya"nın baş məşqçisi Niko Kovaçın əlini sıxıb. Bu isə xorvat mütəxəssisin xoşuna gəlməyib və Kloppla görüşərkən ona etirazını bildirib. Klopp isə oyundan sonra keçirilən mətbuat konfransında bu barədə belə danışıb: "İlk oaraq Kovaçın əlini sıxmaq istəyirdim. Lakin qarşıma həmin an Riberi çıxdı və ata olduğu üçün onu təbrik etdim. Kovaça da bunu dedim. İnciyibsə, cavab oyununda mənə üzünü döndərə və ya salamlaşmaya bilər".

Kovaç isə bunları söyləyib: "Mən Riberidən daha öndə idim. Yəqin, Klopp İngiltərədə yaşadığı üçün bəzi şeyləri bilmir".