"Çelsi" "Real"a keçəcəyi ehtimal olunan Eden Hazarda əvəzləyici tapıb. FutbolPlanet.Az xəbər verir ki, London təmsilçisi "Roma"dan Cengiz Ünderə "elçi düşüb". Paytaxt klubu 21 yaşlı futbolçunu yay transfer dönəmində heyətinə qatmağı düşünür. Deyilənə görə, italyan klubu türkiyəli oyunçusu üçün 60 milyon avro tələb edir.