"Yuventus"da forma geyinən Sami Xediranın ürəyində problem aşkarlanıb. FutbolPlanet.Az xəbər verir ki, bu səbəbdən təcrübəli yarımmüdafiəçi Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Atletiko" ilə oyunun heyətindən çıxarılıb. Tibbi müayinə zamanı məlum olub ki, 31 yaşlı futbolçunun ürəyində ritm pozğunluğu var. Həkimlər onun baş fırlanması, boğulma və tez yorulmadan əziyyət çəkə biləcəyini qeyd ediblər.