"Bavariya"da çıxış edən Leon Qoretska Çempionlar Liqasının 1/8 finalında "Liverpul"a qarşı sabah keçiriləcək ilk matçı buraxa bilər. FutbolPlanet.Az xəbər verir ki, yüngül zədəsi olan 24 yaşlı oyunçu kollektivdən ayrı çalışıb. Onun qarşıdakı görüşdə oynayıb-oynamayacağı sabah bilinəcək.