"Mançester Yunayted" İngiltərə kubokunun 1/8 finalında səfərdə "Çelsi"ni 2:0 hesabı ilə məğlub edib. FutbolPlanet.Az xəbər verir ki, bununla da "qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşer Aleks Fergüssondan sonra səfərdə "Çelsi"yə qalib gələn ilk çalışdırıcı olub. Mançester təmsilçisi sonuncu dəfə 2012-ci ildə Fergüssonun rəhbərliyi altında "Çelsi"yə səfərdə 3:2 hesabı ilə qalib gəlmişdi.