“Qarabağ”ın Azərbaycan Premyer Liqasının 17-ci turunda “Qəbələ”ni 2:1 hesabı ilə məğlub etdiyi qarşılaşma Ağdam klubunun futbolçusu Riçard Almeyda üçün əlamətdar olub. FutbolPlanet.Az xəbər verir ki, bu matçın 4-cü dəqiqəsində penalti zərbəsindən hesabı açan yarımmüdafiəçi 316 gün sonra yenidən “Qarabağ” forması ilə fərqlənib. Sonuncu dəfə ötən ilin aprelin 7-si baş tutan “Səbail”lə oyunda qol vuran Almeyda bu komandada qol sayını da 51-ə çatdırıb.