"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiə xəttində rəqabəti artırmaqdan ötrü "Atletiko"dan Saul Niquesi sərəncamında görmək istəyir. FutbolPlanet.Az xəbər verir ki, "şəhərlilər" 24 yaşlı ispan oyunçunu yay transfer dönəmində almaqda israrlıdır. Gənc futbolçunun müqaviləsindəki sərbəst qalma maddəsi 150 milyon avrodur.