"Lion"un prezidenti Jan-Mişel Olyas "Barselona" ilə bu gecə keçiriləcək matçdan öncə bir neçə açıqlama verib. FutbolPlanet.Az xəbər verir ki, klub rəhbəri Messi barədə maraqlı fikirlər səsləndirib: "Biz 2004-cü ildə Ronaldolu "Mançester Yunayted"ə qarşı oynamışıq. Kristiano sadəcə, raket kimi idi. Bekhem və Messi kimi futbolçulara qarşı da mübarizə aparmışıq. Ancaq Leo heç vaxt bizə qarşı inamlı oynamayıb. Bu tendensiyanın davam edəcəyinə inanırıq. Messi xəstələnsə, bizim üçün yaxşı olacaq".