"İnter"in prezidenti Stiven Çjan komandanın futbolçusu Mauro İkardinin "Yuventus"a keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib. FutbolPlanet.Az xəbər verir ki, klub rəhbəri argentinalı hücumçunu Turin klubuna satmağı planlaşdırmadıqlarını deyib: "İkardinin "Yuventus"a keçmək şansı demək olar ki, yoxdur. Biz onunla yeni müqavilə imzalamaq barədə düşünürük".