"Liverpul"un isveçrəli yarımmüdafiəçisi Xerdan Şakiri "Bavariya" ilə oyunöncəsi fikirlərini bildirib. FutbolPlanet.Az xəbər verir ki, 27 yaşlı oyunçu Münhen klubunun favorit olduğunu dilə gətirib: "Çətin oyun olacaq. "Bavariya"nın itkilərindən yararlanmaq istəyirik. Ötən il olduğu kimi, yenə finala adlamaq aruzumuz var. Cütün favoritinin "Bavariya" olduğunu deyə bilərəm. Dünyanın ən yaxşı klublarından biridir. Həmişə çempionluğa oynayırlar. Ancaq biz də son zamanlar etdiklərimizlə rəqibə yaxınlaşdıq. Qol vursam, buna görə xoşbəxt olacağam. Ancaq qol sevincini qeyd edib-etməyəcəyimi bilmirəm".