"Mançester Yunayted" mövsümün sonunda komanda ilə müqaviləsi başa çatacaq David de Xeaya fantastik təklif göndərməyə hazırlaşır. FutbolPlanet.Az xəbər verir ki, ingilis klubu PSJ-nin maraq dairəsində olan ispan qapıçıya həftəlik 365 min funt-sterlinq (təqribən 471 min dollar) verməyə hazırdır. 28 yaşlı qolkiper təklifi müsbət cavablandırsa, komanda yoldaşı Aleksis Sançes və "Arsenal"dan Mesut Özili geridə qoyaraq, Premyer Liqanın ən çox qazanan oyunçusu olacaq.