"Napoli" mövsümün əvvəlində "Arsenal"dan icarəyə götürdüyü David Ospinanı birdəfəlik almaq qərarına gəlib. FutbolPlanet.Az xəbər verir ki, bu barədə italyan klubunun çalışdırıcısı Karlo Ançelotti məlumat verib. O, kolumbiyalı qapıçının növbəti mövsümdə də komandada qalacağını bildirib. Neapol təmsilçisi bu transfer üçün London klubuna 4 milyon avro ödəyəcək.