"Real"ın baş məşqçisi Santyaqo Solari bir neçə açıqlama verib. FutbolPlanet.Az xəbər verir ki, 42 yaşlı çalışdırıcı çempionluq şanslarının hələ də qaldığını bildirib: "Çempionluq şansımız hələ qalır. Qarşıda çox oyunlarımız var və daha yaxşı oynayacağıq. Yarış hələ davam edir. "Jirona"ya məğlubiyət utancvericidir. Ən yaxın rəqiblərimiz isə qələbə qazandı. Yaxşı formada idik, ancaq indi liderdən daha üç xal geri düşdük".