Joze Mourinyo maraqlı açıqlamalar verib. FutbolPlanet.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis Fransa çempionatında işləmək ehtimalının olduğunu vurğulayıb: "Dörd fərqli ölkədə işləmişəm. Başqa mədəniyyətləri də tanımaq istəyirəm. Yeni bir çempionatda işləmək mənim üçün gözəl bir təcrübə olar. Fransada işləməyim mümkündür. Özümü orada təsəvvür edə bilirəm. İndi gözləyirəm, vaxtımı ailəm və dostlarımla keçirirəm. Düzgün seçim etmək istəyirəm".