U-21 millimizin və "Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının futbolçusu Tural Bayramlı Latviyanın "Dauqavpils" klubuna transfer olub. FutbolPlanet.Az xəbər verir ki, yarımmüdafiəçimizlə mövsümün sonuna - noyabra qədər müqavilə bağlanılıb. Anlaşmaya əsasən, oyunçu istəsə, yay transfer dönəmində "Dauqavpils"i tərk edə bilər. "Dauqavpils”in yaxın günlərdə "Sumqayıt"ın digər üzvü Nazim Bağırovla da sözləşmə imzalayacağı gözlənilir.

Qeyd edək ki, "Dauqavpils” Latviyanın birinci divizionunda çıxış edir. Komanda 22 turdan sonra 58 xalla turnir cədvəlinə başçılıq edir. Komanda Latviyanın əsas liqasında iştirak üçün əsas namizəddir.