Çempionlar Liqasının 1/8 finalında "Liverpul"un qonağı olacaq "Bavariya" səfərə ciddi itkilərlə gedəcək. FutbolPlanet.Az xəbər verir ki, alman klubunun müdafiəçisi Jerom Boatenq mədəsində ağrı olduğu üçün Münhendə qalıb. Frank Riberi isə ötən gecə övladı dünyaya gəldiyinə görə komandayla birgə İngiltərəyə getməyib.