Topaz Premyer Liqasının 17-ci turunun “Keşlə” – “Sumqayıt” oyunu (2:1) gənc hakim Rauf Allahverdiyevin debütü ilə əlamətdar olub. FutbolPlanet.Az xəbər verir ki, qarşılaşmanın dördüncü hakimi olan Allahverdiyev oyunun gedişində Rauf Cabbarovu əvəzləyib. O, cari mövsüm Premyer Liqa oyununu baş hakim kimi idarə edən 12-ci ədalət təmsilçisi olub. Allahverdiyev 1992-ci ildən keçirilən ölkə çempionatları tarixinə 99-cu baş hakim kimi düşüb. O, debütü bu mövsümə təsadüf edən 2-ci hakimdir. 12-ci turda Səbuhi Bayramovun debütü gerçəkləşmişdi.